Rabita Bank 

Rabita Bank 

1993-cü ildə Rabitə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 18 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 20 filialdan ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və ümumi sayı 30 minə çatan müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

 

Rabitəbankın Strateji Baxışı

Rabitəbankı əhali, kiçik və orta biznesə, Respublikanın bütün regional mərkəzlərindəki satış şəbəkəsi vasitəsiylə xidmət göstərən və bazarın birinci 10-luqda olan banka çevirməkdir

 

Rabitəbankın Missiyası

Rabitəbank müştərilərinin bank və məsləhət xidmətlərinə olan ehtiyacların tam ödəyən, onlara peşəkar və motivasiya olunmuş komandası ilə operativ və fərdi xidmət göstərən, investisiyalarının dəyərinin dinamik artımını təmin edən bankdır.